"Dərs vaxtı"nın sabahkı yayım vaxtında dəyişiklik edildi

SOSİAL 13 dek 2020, 19:25
Dekabrın 14-də "Mədəniyyət" telekanalında profilaktika işləri həyata keçiriləcəyindən "Dərs vaxtı" proqramının yayım vaxtında dəyişiklik edilib.

Bu barədə Demokrat.az-a Təhsil Nazirliyindən bildirilib.

Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.

"Dərs vaxtı" proqramının müvafiq cədvəli "Dərs vaxtı"nın "Facebook" səhifəsində (https://www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq.
Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top