Masallıda ikimərtəbəli ev külə döndü

HADİSƏ 13 dek 2020, 15:37
Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 280 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top