Gürcüstanda bir sutkada 46 nəfər koronavirusdan öldü

MARAQLI 13 dek 2020, 11:58
Ötən sutka Gürcüstanda daha 2 720 nəfərə koronavirus diaqnozu qoyulub, 3 942 nəfər sağalaraq evə buraxılıb, 46 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkə üzrə təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 189 726 təşkil edir. Yoluxan şəxslərin 158 183-ü sağalıb, 1 790-ı isə ölüb.

Karantin zonalarında 1 010, stasionar nəzarətdə 6 869 nəfər saxlanılır. 3 077 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top