Siyəzəndə avtomobil aşdı, sürücü xəsarət aldı

HADİSƏ 13 dekabr 2020, 08:56
Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1985-ci il təvəllüdlü Bayramov Vüqar Qəşəm oğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bədən xəsarətləri alan yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top