Evi tərk edən 29 koronavirus xəstəsi saxlanıldı

HADİSƏ 12 dek 2020, 12:00
Dekabrın 11-də ölkə ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılanlardan 28 nəfər evə qaytarılıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlardan 17 nəfər barəsində cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top