Səfir: “Pakistan Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasına hərtərəfli dəstək göstərməyə hazırdır”

XARİCİ SİYASƏT 12 dek 2020, 00:38
“Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”.

Demokrat.az-ın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində paylaşıb. 

Səfir əlavə edib ki, Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib. O, Güclü Pakistan-Azərbaycan dostluğuna diqqət çəkərək, bundan qurur duyduğunu ifadə edib./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top