Rusiya sülhməramlıları Ermənistanda yol qəzasına düşdülər — xəsarət alanlar var

HADİSƏ 11 dek 2020, 23:19
Ermənistanda Rusiya sülhməramlılarının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Mehri rayonunda olub.

Belə ki, İrana məxsus dövlət seriya nişanlı yük avtomobili Rusiya hərbçiləri üçün ərzaq daşıyan “KamAZ”la toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki hərbçi yaralanıb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Rusiyanın Müdafiə Nazirliyi hələ xəbəri təsdiqləməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top