Vətən müharibəsi şəhidlərinin ailələrinə pensiya, müavinət və təqaüd təyin olundu

GÜNDƏM 11 dek 2020, 16:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.

Nazirlikdən Demokrat.az-a verilən məlumaat görə, onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya, müavinətlər təyin olunub. Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrup fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top