“Biz sülh naminə bu torpaqları qaytarmağa hazırıq...” -Paşinyan

SİYASƏT 07 noy 2018, 19:58
“Qarabağ müharibəsində iştirak etmədiyim üçün utanıram”. 
 
Demokrat.Az xəbər verir ki,  bu sözlər Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni portallarından birində dərc edilmiş  “Yerin tərs üzü” adlı avtobioqrafik romanından parçada səslənir. Çoxüzlü erməni diletant siyasətçisi romanında özünü dünyaya sülhsevər kimi göstərməyə çalışaraq hətta  müharibə olmaması naminə işğal altındakı torpaqlarımızın bir hissəsini qaytarmağa hazır olduqlarını da ifadə edir...
 
N.Paşinyanın guya arvadı və uşaqları ilə birlikdə işğal altındakı Ağdamın xarabalıqlarında olan zaman yaşadığı təəssüratları nəzərinizə çatdırırıq:
 
“...Və mən Ağdamı xatırladım. Uşaqlarım dağıdılmış evlər arasında oyana-buyana qaçırdılar. Mən və arvadım isə bir təpədə durub şərqə tərəf baxırdıq. Bu, qeyri-adi bir hiss idi; biz sahibi və müdafiəçisi erməni əsgəri olan bir torpaq üzərində dayanmışıq. Və bu torpaq- düzdür, əsil düzənlikdir və buradan ucu-bucağı  görünmür. Biz şərqə baxırıq və mənim baxışlarım Pamir dağlarına dirənir(Yəqin, məkrli erməninin könlündən “Böyük Ermənistan”ı Mərkəzi Asiyadakı Pamir dağlarınadək uzatmaq keçir-S.L.). Mən burada öz eyniqanlı soydaşlarımın arasında dayanmışam. Burada erməni qanunları qüvvədədir. Bu, düzənlikdir və mənim baxışlarım Pamir dağlarına dirənir. Və mən bu müharibədə iştirak etmədiyim üçün utanıram. Həyat yoldaşım və mən eyni şeyi düşünürük, amma bunu yüksək səslə söyləməyə cəsarət etmirik. Sonda xanmım daha cəsarətli çıxır  və deyir:
 
-Bu torpaqları Azərbaycana necə qaytarmaq olar?.. 
 
Biz qəzetimizdə sərt xətt tərəfdarlarını tənqid edirik, şənbə və bazar günləri isə deyirik ki, düşmənə bir qarış da torpaq vermək olmaz. Bu nədir? Yalandır? Daha doğrusu, ürək və ağılın qarşıdurmasıdır. Ürək istəyir ki, düzənlik onun olsun, Pamir dağları mənim gözümün önündə uzansın.  Ağıl isə deyir: bir hissə üzündən bütövlüyü təhlükə altına atmaq olmaz. Və ən azı, bəyan etmək lazımdır, yüksək səslə bəyan etmək gərəkdir ki, bu çöllərə bizim ehtiyacımız yoxdur və biz bu torpaqları sülh naminə geri qaytarmağa hazırıq...”
P.S. İşğalçı ölkə baş nazirinin bu fikirlərlə nə demək istədiyini Xarici İşlər Nazirliyi, məşhur siyasətççi, diplomat və politoloqlarımız  təhlil etsin... (moderator)
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top