Arif Hacılı: “Qələbə paradı Azərbaycan tarixində xüsusi əhəmiyyətli hadisədir”

SİYASƏT 10 dek 2020, 19:11
“Bu gün keçirilən Qələbə paradı Azərbaycan tarixində xüsusi əhəmiyyətli hadisədir”.

Demokrat.az
-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, 44 günlük Vətən Müharibəsinin qalibi olan Azərbaycan Ordusu öz gücünü bütün dünyaya nümayiş etdirib: “Türkiyə mehmetçiklərinin və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı Zəfər paradımızın əhəmiyyətini bir qədər də artırır. Bu paradın keçirilməsi, Şuşada dalğalanmış milli bayrağımızın Azadlıq meydanında nümayiş etdirilməsi xalqımızın böyük arzusu idi. Bu arzumuzun yerinə yetməsində şəhidlərimizin, qazilərimizin, hər bir əsgər və zabitimizin, bütün vətəndaşlarımızın əvəzsiz xidmətləri var. İlk növbədə şəhid ailələri olmaqla bu mübarək günümüz münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top