Azərbaycanda lotereya oyunlarının keçirilməsi müvəqqəti dayandırılır

BİZNES 10 dekabr 2020, 15:30
İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC dekabrın 14-dən “5/36”, “6/40”, “Yeni Binqo”, “4+4”, “Qış Möcüzəsi” və “Yeni il Sevincləri” tirajlı lotereyalarının keçirilməsini müvvəqəti dayandırır.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, oyunlara fasilə verilməsinə səbəb ölkə ərazisində tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimidir.

Satılmış lotereya biletlərinin dəyərini satış məntəqələri ödəyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top