İlham Əliyev: "Biz bu illər ərzində güc toplayırdıq"

GÜNDƏM 10 dek 2020, 13:42
“Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

“Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində. Biz iqtisadiyyatımızı gücləndirirdik. Biz Ordumuzu gücləndirirdik. Və bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir ”, - Prezident əlavə edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top