Hərbi xidmətdə olan müəllim namizədlər yenidən imtahan verə biləcək

SOSİAL 08 dek 2020, 18:40
Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə güzəşt edir.

Demokrat.az xəbər verir ki, hərbi xidmətdə olduğu üçün hazırkı müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top