İdman

DÇ-2022: Millimizin rəqibləri müəyyənləşdi

DÇ-2022: Millimizin rəqibləri müəyyənləşdi

Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Demokrat.az-ın məlumatına görə, final mərhələsində vəsiqələr uğrunda mübarizəyə başlayacaq 55 komanda 10 qrupa bölünüb.

Bu qrupların beşində 5, beşində 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup qalibi olan 10 komanda mundiala vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda isə Millətlər Liqasından gələcək 2 yığma ilə pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.

Püşkatmaya 5-ci səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib. Yığmamız A qrupunda yer alıb.

İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq ilə üz-üzə gələcək.

Qardaş Türkiyə G qrupunda Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariq futbolçuları ilə qarşılaşacaq.

Qeyd edək ki, artıq seçmə mərhələnin oyun günləri də bəllidir. Komandalar martın 24-25-də, 27-28-də, 30-31-də, sentyabrın 1-2-də, 4-5-də, 7-8-də, oktyabrın 8-9-da, 11-12-də, noyabrın 11-13-də və 14-16-da meydana çıxacaq. Pley-off mərhələsi 2022-ci il martın 24-25-də və 28-29-da təşkil olunacaq.

A qrupu Portuqaliya Serbiya İrlandiya Lüksemburq Azərbaycan

B qrupu İspaniya İsveç Yunanıstan Gürcüstan Kosovo

C qrupu İtaliya İsveçrə Şimali İrlandiya Bolqarıstan Litva

D qrupu Fransa Ukrayna Finlandiya Bosniya və Herseqovina Qazaxıstan

E qrupu Belçika Uels Çexiya Belarus Estoniya

F qrupu Danimarka Avstriya Şotlandiya İsrail Farer adaları Moldova

G qrupu Niderland Türkiyə Norveç Monteneqro Latviya Cəbəllütariq

H qrupu Xorvatiya Slovakiya Rusiya Sloveniya Kipr Malta

İ qrupu İngiltərə Polşa Macarıstan Albaniya Andorra San Marino

J qrupu Almaniya Rumıniya İslandiya Şimali Makedoniya Ermənistan Lixtenşteyn

Apasport.az

D
demokrat.az