Tovuzda dəhşətli hadisə: Orta yaşlı kişi yetkinlik yaşına çatmayan qıza küçədə təcavüz etdi

KRİMİNAL 07 dek 2020, 11:06
Tovuz rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Raqif Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Raqif Mehrəliyev orta dərəcəli alkoqol sərxoş vəziyyətdə 9 oktyabr 2018-ci il tarixdə, saat 16.00-da yaşadığı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən evinin qarşısındakı kəndarası yoldan 2007-ci il təvvəllüdlü Samirə Babayevanın (ad və soyad şərti verilib – red.) keçdiyini görüb. O,  Samirə Babayevaya zor tətbiq etməklə cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncunun əlindən tutub, sonra zorla dartaraq yolun kənarındakı koldan olan çəpərin arxasına aparıb.

Raqif Mehrəliyev orada azyaşlı olması ilə bağlı fiziki vəziyyətinə görə ona müqavimət göstərmək imkanında olmayan Samirə Babayevanın köməksiz vəziyyətindən istifadə edib, zor tətbiq etməklə onu arxası üstə yerə yıxıb.

Daha sonra Raqif Mehrəliyev əvvəlcə Samirə Babayevanın şalvarını və tumanını dizinə qədər aşağı çəkib, sonra isə dizi üstə duraraq özünün şalvar və tumanını aşağı çəkib.

Bundan sonra Raqif Mehrəliyev Samirə Babayevaya seksual xarakterli əxlaqsız hərəkətlər edib, öldürəcəyi ilə hədələməklə “oral” sekslə məşğul olmağa məşğul olmağa məcbur edib.

Daha sonra Raqif Mehrəliyev Samirə Babayevaya zor tətbiq etməklə, onunla təbii yolla cinsi əlaqədə olmağa cəhd edib.

Bu vaxt Samirə Babayeva əl və ayaqları ilə mane olaraq Raqif Mehrəliyevin onunla təbii yolla cinsi əlaqədə olmağına imkan verməyib. Samirə Babayeva sonra qışqıraraq ətrafdakıları köməyə çağırıbş

Raqif Mehrəliyev Samirə Babayevanın sakit durmayacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib, onun ağız və boğaz nahiyələrindən tutaraq qışqırmasına imkan verməyib. Samirə Babayeva yoldan keçən əmisi qızının səsini eşidib. O, əmisi qızını səsləyib.

Bu zaman Raqif Mehrəliyev çəpərin dibində əyilərək, görünmək istəməyib. Bundan istifadə edən Samirə Babayeva uzandığı yerin yanında olan şüşə butulkanı yerdən götürüb və Raqif Mehrəliyevin baş nahiyyəsinə vurub və səs-küyə zərərçəkmişin əmisi qızı gəlib.

Daha sonra Samirə Babayeva əmisi qızı ilə birlikdə hadisə yerindən qaçıblar.

İstintaq orqanı tərəfindən Raqif Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 29,149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlamaya cəhd) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raqif Mehrəliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib.

Hökmdən narazı qalan Raqif Mehrəliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu iddia edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Raqif Mehrəliyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Teyyub Muxtarovun icraatına verilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Raqif Mehrəliyevin apelyasiya şikayəti əsassız hesab edilib və təmin olunmayıb.

Bu qərardan narazı qalan Raqif Mehrəliyevin Ali Məhkəməyə müraciət edib. Onun kasasiya şikayətinə hakim Əziz Seyidovun sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Ali Məhkəmənin qərarı ilə Raqif Mehrəliyevin kasasiya şikayəti də təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top