Şuşa-Turşsu yolu minalardan təmizlənir — VİDEO

GÜNDƏM 05 dek 2020, 12:50
RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.

Bu barədə RT kadrlar yayımlayıb.

Kadrlarda Rusiya sülhməramlılarının Şuşa-Turşsu yolunu minalardan təmizləməsi əks olunub.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda təxminən 1150 partlayıcı obyekt zərərsizləşdirib. Ümumilikdə təxminən 50 hektar ərazi təmizlənib.(oxu.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top