Tanınmış vəkil deputatı xainlikdə suçladı: “Səsimi oğurlayıb…”

GÜNDƏM 04 dek 2020, 16:24
“Qardaş dövlət Türkiyə ilə aramızda olan dostluq və qardaşlıq əlaqələrinə paxıllıqla yanaşan vətən xainlərinin sayı getdikcə artır. Bunlardan birinin hazırda Milli Məclisin deputatı olması isə işin ən dəhşətli məqamıdır”.

Demokrat.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Ceyhun Yusifov özünün “facebook” səhifəsində yazıb.

Vəkil bildirib ki, babası Qəzənfər Musabəyovun da Mart soyqırımı vaxtı Bakının hərbi komendantı olduğunu xatırlasaq əslində hazırki müsahibəyə də təəccüblənmərik:

“Deputat seçkiləri vaxtı mənim haqqımı tapdalayan, səslərimi oğurlayıb mənə min cürə təzyiqlər etdirən adamdan elə bu hərəkəti gözləmək olardı. Seçkilər vaxtı bu şəxsin yalançı və saxtakarlıq maskasını tamam ifşa etmişdim. Seçkidə isə açıq nokaut vəziyyətinə saldım. Amma təəssüf ki, sonu hamıya məlumdur.

İndi ki sualım isə Rasim Musabəyova yox ona himayədarlıq edib haqqımı alıb ona verənlərdir. Gördünüzmü mənim haqqımı kimə verdiniz? Dövlətçilik, millətçilik ən əsası türkçülük mənim üçün Quran ayəsi qədər müqəddəs olduğunu bilə-bilə mənim haqqımı alıb Rasimə verdiniz. Yəqin bu hamımıza bir dərs olar.
Tanrı Türkü qorusun, Tanrı millətimi qorusun, Tanrı Prezidentimi qorusun”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top