FIFA-nın iclasında Maradona bir dəqiqəlik sükutla yad ediləcək

İDMAN 03 dek 2020, 18:20
Dekabrın 4-də FIFA Şurasının iclasında əfsanəvi futbolçu Dieqo Maradonanın xatirəsi yad ediləcək.

"Report" FIFA-nın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, onlayn keçiriləcək toplantıdan əvvəl bir dəqiqəlik sükut olacaq.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top