8 yaşlı qız intihar edibmiş

HADİSƏ 30 noy 2020, 18:14
Bakıda 8 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlanılıb. 

“Qafqazinfo”nun  verdiyi xəbərə görə, noyabrın 27-də 2012-ci il təvəllüdlü Fərəh Nadirova binanın 13-cü mərtəbəsində yaşadıqları mənzildən özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə günü azyaşlının binadan ehtiyatsızlıq nəticəsində yıxılaraq öldüyü deyilirdi. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top