Trampdan seçki ilə bağlı AÇIQLAMA


DÜNYA 29 noy 2020, 23:18
ABŞ prezidenti Donald Tramp növbəti dəfə prezident seçkilərində qələbə qazanması barədə bildirib və demokratlar tərəfindən fırıldaqçılığa dair sübutları təqdim edəcəyinə söz verib.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “FoxNews”a müsahibəsində deyib.

"Biz seçkilərdə asanlıqla qalib gəldik. Ola bilməz ki, Bayden milyonlarla səs yığsın", - o, müsahibəsində bildirib.

Tramp öz qələbəsini elan etmiş Co Baydenin afroamerikalı seçicilər arasında sabiq dövlət başçısı Barak Obamadan da çox səs yığa bilməsindən şübhələnib.

"Minlərlə ölü insan səs “verdi", - Tramp təkrarlayıb. O, vurğulayıb ki, əslində Bayden 80 milyon səs toplamayıb./Report


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top