Suraxanıda 5 tenderi bir şirkət uddu

BİZNES 28 noy 2020, 17:22
Suraxanı MKTB tenderlərin qalibini açıqlayıb.

Suraxanı MKTB aşağıdakı tenderlərin qalibini açıqlayıb:

1.Dəftərxana və təsərrüfat mallarının satınalınması

2. Yumşaq inventar və xüsusi geyimlərin satınalınması

3. Ehtiyat hissələrinin satınalınması

4. Avadanlıqların satınalınması

5.Parkların saxlanması üçün avadanlıqların satınalınmas

Hər beş açıq tenderin "STONE CONSTRUCTİON" QSC olmuşdur. Şirkətə 224 min 804 manat(1), 119 min 882 manat(2), 199 min 819 manat(3), 180  min 825 manat(4), 189 min 814 manat(5) ödəniləcək. Suraxanı MKTB şirkətə cəmi 915 min 144 manat ödəyəcək.

Qeyd edək ki, Suraxanıda uzun illərdir rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovdur. Mais Məmmədov hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır.

Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş  İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər. Hal-hazırda 12 noyabr 2019-cu il tarixdən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Əziz Əzizovla da bu siyasət hələlik uğurla davam etdirilir.

Artıq 25 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti isə göz qabağındadır. Mais Məmmədovun Suraxanı MKTB-də rəhbərliyə başladığı gündən abadlıq içlərinə milyonlarla vəsait ayrılıb.(fed.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top