SOCAR əməkdaşı qələbə sevincini bütün həmkarları ilə bölüşdü — FOTO


SOSİAL 24 noy 2020, 17:16

İkinci Qarabağ müharibəsi başlayan gündən ordumuzun sıralarında düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak edən minlərlə əsgərimizdən biri də Nicat Hüseynovdur.


Dövlət Neft Şirkətinin verdiyi məlumata görə, SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışan 28 yaşlı N.Hüseynov Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib. 


Bildirilib ki, yaralanan, lakin, daha sonra sağalan kimi yenidən cəbhə yoldaşlarına qatılan N.Hüseynov Qarabağın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunduğu gün qaya parçasına “SOCAR Şuşada” sözlərini həkk etməklə qələbə sevincini bütün həmkarları ilə bölüşüb.

 

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top