“Sirli ünvan”dakı şirkətlər üzə çıxmağa başladı — İlk şirkət 75 min manat uddu — FOTOFAKT


GÜNDƏM 24 noy 2020, 12:06

Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.


Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Sansetka Az Qrup” MMC olub.


Gəncə şəhər Baş Polis İdarəsi dəftərxana və təsərrüfat mallarının alınması üçün “Sansetka Az Qrup” MMC-yə 73 min 735 manat 60 qəpik ödəyəcək.


Məlumat üçün bildirək ki, Gəncə şəhər Baş Polis İdarəsi müsabiqə elanını oktyabr ayının 16-da elan edib. 74 min manatlıq tender müsabiqəsinin qalibi olan “Sansetka Az Qrup” MMC isə bu elandan cəmi ay yarım əvvəl – avqust ayının 27-də dövlət qeydiyyatına alınıb.


Maraqlı məqamlardan biri də odur ki, avqust ayında “Sansetka Az Qrup” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi “Sansetka Az Qrup” MMC-nin qanuni təmsilçisi ilə eyni şəxs olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan “Sansetka Az Qrup” MMC-nin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu eyni zamanda 5 şirkətin rəhbəri olub.


Bundan başqa həmin ünvanda qeydə alınan 4 şirkətin rəhbəri Həmidov Ədalət Ələskər oğlu, 4 şirkətin rəhbəri Salmanov Kənan Əhəd oğlu, 4 şirkətin rəhbəri Əlizadə Rəfail Faiq oğlu, 3 şirkətin rəhbəri Mustafayev Ədalət Mahmud oğlu, 3 şirkətin rəhbəri Verdiyev Şahin Zahid oğlu, 3 şirkətin rəhbəri İbrahimov İsmət Allahverdi qızı, 2 şirkətin rəhbəri Məmiyev Anar Məjuəli oğlu, 3 şirkətin rəhbəri Dövlətov Nizamətdin Ələskər oğlu və digərləri olub. Onu da qeyd edək ki, eyni ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var.

 
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

 

Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Sansetka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Lıman az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Geoman az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 31.08.2020
“Parameks az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Rofland tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Veton as” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Levon as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Senteral tıkıntı Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Dubloks Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Askom ts Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Human az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Tropıka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Sansekto ts Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Egefon tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Aktual az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Formula az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Verta az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 7.09.2020
“Verta az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Fokus az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Mugan az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Pramıda az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Konus as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Lubro az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Lubro az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Toksun az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Parlon az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Vulkan tt Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Muskat az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.08.2020
“Semıral az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.09.2020
“Alben az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 10.09.2020
“Okean az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Skvortsov Arkadiy Sergeyeviç 8.09.2020
“Seman az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Sultan az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Tamer az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 10.09.2020
“Yarımca” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020
“Mandı-LM” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020























































Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.


Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.


Daha bir maraqlı məqam isə odur ki, 5 gün əvvəl Gəncə şəhər Baş Polis İdarəsi qazanxana və kondisionerlərin təmir işləri və ehtiyyat hissələrinin satın alınması məqəsdilə “Derbı Tıkıntı” MMC ilə müqavilə imzalayıb. Bu şirkət də "Sansetka Az Qrup” MMC ilə eyni gündə - 27.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Gəncə şəhər Baş Polis İdarəsi ay yarım əvvəl qeydiyyata alınan “Derbı Tıkıntı” MMC-yə 66 min 557 manat 90 qəpik vəsait ödəyəcək.

 



Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top