Zaurla Xoşqədəmin yardım yarışı

ŞOU-BİZNES 02 noy 2018, 13:38
Aparıcılar Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı arasında uzun illərdir davam edən qalmaqal bitmir. Eyni formatda veriliş aparan aparıcılar hər dəfə proqramda bir-birinə söz atırlar.
 
 
Bu dəfə də Xoşqədəmlə Zaur üz-üzə gəlib. Belə ki, bir neçə gün əvvəl Zaur "Bizimləsən" proqramında yeni bir reklam çarxına çəkildiyini açıqlayıb. O bildirib ki, məşhur bir şirkətlə imzaladığı müqavilədən aldığı qonorarın bir hissəsini verilişinə kömək üçün gələn uşağın müalicəsinə bağışlayacaq. 
 
Ötən gün isə Xoşqədəm eyni addımı atıb. O, proqramına gəlib kömək istəyən uşağa öz maaşı ilə kömək edəcəyini bildirib. X.Hidayətqızı deyib ki, maaşından min manat onun üçün ayıracaq.  (Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top