Paşinyanın arvadı komanda məntəqəsində nə edirdi?.. — Generaldan şok sözlər

DÜNYA 19 noy 2020, 20:23

Ermənistan Müdafiə Nazirliyinin hərbi-nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan onunla ölkənin baş nazirinin həyat yoldaşı Anna Akopyan arasında yaşanan insidentlə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Demokrat.az xəbər verir ki, M.Akopyan bu gün keçirdiyi mətbuat konfransı zamanı bu barədə danışıb.


General bildirib ki, Anna Akopyanı komanda məntəqəsində görüb:


“O, monitor önündə oturub döyüş çəkilişlərinə baxırdı. General-leytenant Samvel Babayan da orada idi. Ancaq Anna Akopyan heç bir sual vermir və heç nə demirdi. Mən ona yaxınlaşaraq burada dayanmağa ehtiyac olmadığını söylədim. Dedim, “lazım deyil, burada kişilər danışır, söyüş söyür..." O da “yaxşı” dedi. Dörd saatdan sonra məni İrəvana – müdafiə nazirinin yanına çağırdılar. Mən Qarabağa qayıdacağım ümidi ilə İrəvana gəldim. Ancaq nazir mənə daha getməməli olduğumu söylədi”.


M.Akopyanın sözlərinə görə, Nikol Paşinyanın adından onun “Artsax müdafiə ordusu”nun komanda məntəqəsinə girişi qadağan edilib.


O, jurnalistlərə Paşinyanın nömrəsinə göndərdiyi mesajı göstərib. Mesajda yazılıb: “Xahiş edirəm məni Artsaxa göndərin, mənim ürəyim parçalanır”. Baş nazir hətta bu mesaja da cavab verməyib.


Ancaq M.Akopyan bildirib ki, nəyin bahasına olursa-olsun o, Qarabağa getməyə çalışıb. Ona COVID-19 testi vermək lazım olduğunu söyləyiblər. O, müayinəyə gedib, özünü normal hiss etdiyi halda ona ikitərəfli sətəlcəm diaqnozu qoyulub.


“Bu məni son dərəcə təəccübləndirdi. Təkrar müayinədən keçdim və məlum oldu ki, məndə ağciyərlərin soyuqlaması cəmi 1 faizdir. Bu isə sağlam insan üçün tamamilə normal bir diaqnozdur. Nəhayət, uzun cəhdlərdən sonra mən “qurtulub” Qarabağa getməyə müvəffəq oldum, burada oktyabrın 28-dək qaldım”, – deyə M.Akopyan bildirib.


Qeyd edək ki, artıq xeyli vaxtıdır Ermənistan mediasında bu barədə məlumatlar dolaşır. Xüsusilə Ermənistan cəmiyyətində A.Akopyanın hərbi müşavirələrin keçirildiyi komandanlıqda icazəsiz peyda olduğu barədə şayiələr yayılıb. Əlbəttə, ora kənar adamların girişi qəti şəkildə qadağandır. Bir neçə gün əvvəl isə rusiyalı media meneceri Aram Qabrelyanov bu hadisə barədə danışıb. (Teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top