![](https://demokrat.az/cdn/uploadedfiles/old/2020/11/25/373f1e9c-0fb0-4d39-b752-be25f2d4aee6.jpg)
Bakıda yanğın hadisəsi baş verib.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.