Bakıda çoxmərtəbəli binada yanğın oldu — 4 nəfər...

HADİSƏ 19 noy 2020, 09:22

Bakıda yanğın hadisəsi baş verib.


Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top