Yaralı döyüş yoldaşlarına kömək edərkən şəhid olan hərbçimizin qəhrəmanlığı — VİDEO

SOSİAL 18 noy 2020, 22:12

Müharibə başlayan kimi könüllü olaraq Bakıda xidmət etdiyi hərbi hissədən cəbhədə xidmətə yolanmaq istəyini bildirib. 

 

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan Ağdam sakini Əzim Həsənov Vətən müharibəsinin ilk günlərindən Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib.


Komandiri atasına oğlunun bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etdiyini bildirib. Amma sonuncu dəfə yaralı əsgəri qurtarmağa çalışan Əzim özü şəhid olub. 

 

Bir qız, bir oğlan anası olan Şəhla Həsənova övladları ilə fəxr etdiyini deyir. Əzim hər zaman anasına tarixdə iz qoyan şəxs olacağını deyirmiş. Sonuncu dəfə danışan zaman anasına qələbə qazandıqlarını bildirib. 

 

Vətən uğrunda canından keçən Əzim Həsənov kimi qəhrəman şəhidlərimizin ruhu şaddır. Çünkü onların qanı yerdə qalmadı, qələbə Azərbaycanın oldu. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top