İlham Əliyev Moldovanın yeni prezidentini təbrik etdi

SİYASƏT 17 noy 2020, 19:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.


Mətndə deyilir:


“Hörmətli xanım Sandu,


Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.


İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top