Lüksemburqda Azərbaycan millisi üçün xüsusi polis patrulu yerləşdirildi

İDMAN 16 noy 2020, 21:12

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının VI turunda Lüksemburqla qarşılaşacağı "Jozi Bartel" stadionunda və onun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.


"Report" "Tageblatt" nəşrinə istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda gecə-gündüz müşayiət olunur.


Komandanın qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib.


Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.


Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.


Noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top