"İlham Əliyevdən möhkəm yapışın, bu saat ölkənin tam şəkildə qarantı odur" — Tarixçi-alimdən ÇAĞIRIŞ

GÜNDƏM 13 noy 2020, 17:07

"İndi Azərbaycanda böyük məğlubiyyətlərlə, itkilərlə üzləşmək, həqiqətən də Suriyaya dönmək istəmirsinizsə, o zaman İlham Əliyevin hakimiyyətini göz bəbəyi kimi qorumalısınız. Zarafat etmirəm. İstədiyiniz müharibənin başlıca, həyati nəticəsi budur". 


Demokrat.az xəbər verir ki, bu fikirləri tarixçi-alim Altay Göyüşov bildirib. 


Daha sonra Altay Göyüşov qeyd edib: 


"Mən müharibədən düz bir həftə əvvəl yazmışdım ki, Azərbaycana müharibə lazım deyil, liberal-demokratik sistem əsasında tərəqqi lazımdır. Amma böyük əksəriyyətlə müharibə istədiniz və müharibə oldu, hərbi uğur qazanıldı. O boyda Şuşa qaytarıldı. Bu çox böyük hərbi nailiyyətdir. Ermənistan sarsıdıcı məğlubiyyətə uğradıldı. Hakimiyyət islahat etsə də, etməsə də əsas məsələ odur ki, Rusiya ordusunun qulağımızın dibində yer aldığı və onun dəstəyinə arxalanan Ermənistanın revanş hissi ilə yandığı bir şəraitdə Azərbaycanda demokratik hakimiyyət dəyişikliyi yuxarıda dediyim kimi təsəvvür etmədiyiniz faciələrə gətirər. Paşinyanın bu gün düşdüyü vəziyyət toya getməli olar.


A.Göyüşov deyib ki, Ərdoğan və Putin mehriban düşməndirlər:


"Bu mehriban düşmənçilik Suriyada aktivdir, Liviyada aktivdir, indi də biz tərəfdə aktiv hala gəldi. Amma bizim halın Suriya və Liviyadan çox prinsipial bir fərqi var. Bu fərq odur ki, həm Ərdoğan, həm Putin siyasi hakimiyyətlə, yəni Əliyevlə yaxşı münasibətdədirlər. Suriyada və Liviyada isə belə deyil. Biri Əsədə yaxındır, o biri yox. Biri Tripoli hökumətinə yaxındır, o biri yox.


Başqa sözlə, bir daha təkrar edim. İlham Əliyevdən möhkəm yapışın, bu saat ölkənin tam şəkildə Suriyaya və Liviyaya çevrilməməsinin qarantı odur".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top