Türkiyəli professor: "Ancaq Şuşa məscidində namaz qılmaqla təskinlik tapa bilərəm"

GÜNDƏM 13 noy 2020, 16:21

"Ancaq Şuşa məscidində namaz qılmaqla təskinlik tapa bilərəm".


Demokrat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın İqtisadi Siyayət qurumunun üzvü Professor Dr. Servet Bayındır bildirib.


İlahiyyatçı Elşad Mirinin ona göndərdiyi, Şuşadan çəkilmiş videogörüntüyə cavab verən professor 1992-ci ilin fevral-noyabr aylarında Azərbaycanda olmasını xatırladıb:


“Yox, yox. Bu cür videolarla kifayətlənə bilmərəm. Mən ancaq Şuşa məscidində namaz qılmaqla təskinlik tapa bilərəm. İnşəAllah tezliklə o da olacaq. Çünki 1992-ci ildə Şuşa döyüşlərində şəhid olan bir çox əsgərin cənazə namazını qıldırmışam, o kədəri şəxsən yaşamışam”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top