Paşinyanın evindən oğurluq edənlər saxlanıldı


DÜNYA 12 noy 2020, 17:10

Ermənistanın Qarabağda məğlubiyyətindən sonra Baş nazir Nikol Paşinyanın İrəvandakı iqamətgahına hücum edən 3 nəfər saxlanılıb.


Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb.


Xatırladaq ki, Nikol Paşinyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasını açıqlamasından sonra İrəvanda etirazçılar baş nazir və ailəsinin yaşadığı iqamətgaha hücum etmişdilər. N. Paşinyan etirazçılar tərəfindən kompüter, saat, ətir və sürücülük vəsiqəsinin oğurlandığını açıqlamışdı.(qafqazinfo.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top