Dövlət Bayrağı Günü və Şuşanın alınması ilə bağlı ekspertdən AÇIQLAMA

GÜNDƏM 12 noy 2020, 12:37

“Şuşanın azad olunması və Azərbaycanın həyata keçirdiyi, Ermənistanı sülhə məcburetmə məqsədilə əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquq üzrə ekspertlər tərəfindən hələ uzun müddət təhlil olunacaq və gənc mütəxxəssislər tərəfindən dərindən öyrəniləcək”. 


Bu fikirləri Demokrat.az saytına açıqlamasında, əslən Şuşadan olan beynəlxalq hümanitar hüquq üzrə ekspert, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib.


Ramil İskəndərlinin fikrincə, “Beynəlxalq humanitar hüquq norma və prinsiplərinə uyğunluğu baxımından Azərbaycan ordusununun hal-hazırda həyata keçirdiyi Ermənistanı ədalətli sülhə məcburetmə əməlliyatları tam olaraq BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, və 884 saylı qətnamələri, Cenevrə Konvensiyaları və onlara əlavə olunan protokollar, Haaqa Konvensiyası, beynəlxalq humanitar hüquqla tanınan Ölkələrin Müdafiə Öhdəlikləri (Responcibility to Protect) doktrinası və Sülhə Məcburetmə doktinası (Peace Enforcement) mükəmməl qaydada həyata keçirilir. Burada əsas və əvəzolunmaz rolun təbii ki, bu siyasəti həyata keçirən Ali Baş Komandan İlham Əliyevə məxsus olmasını qeyd etmək lazımdır”. 


“Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi terrorist mahiyyətli siyasət, törətdiyi müharibə cinayətləri və beynəlxalq hüquq normalarının bilərəkdən pozulması siyasətini həyata keçirən Ermənistan rəhbərliyinindən fərqli olaraq, Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb və yalnız legitim hərbi hədəflərə qarşı öz mülki əhalisini qorumaq məqsədilə əks-həmlələr həyata keçirmişdir” deyə, fikrini söyləyən ekspert, əlavə olaraq həmçinin onu da qeyd etmişdir ki, “Bütün əhali iki gündür ki, Şuşanın işğaldan azad edilməsi münasibətilə bayram edir və sevincini ölkəmizin bütün şəhərlərində kütləvi oaraq qeyd edir. Vətəndaşlarımız Azərbaycan Prezidenti İham Əliyevin dediyi kimi bir yumruq olaraq həmrəylik nümayiş etdirməkdədir. Bu günlər biz Şuşanın azad olunması ilə bərabər Azərbaycanda qalib xalqın yenidən doğuluşunu müşahidə edirik. Dövlət Bayrağı Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm!”. 


Xatırladaq ki, məlumat verdiyimiz kimi, cari ilin Noyabr ayının 6-da “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşəbbüsü ilə işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı ingilis dilində hesabat hazırlanıb, mətbuat üçün təqdimatı keçirilmiş BMT-nin ixtisaslaşmış qurumlarına və beynəlxalq təşkilatlara təqdim edilib.


Demokrat.az
     

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top