Bəhreynin baş naziri vəfat etdi

DÜNYA 11 noy 2020, 13:55

Bəhreynin Baş naziri Şeyx Xəlifə bin Salman əl-Xəlifə dünyasını dəyişib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al-arabia” nəşri məlumat yayıb.


84 yaşlı Baş nazirin dünyada ən uzun müddətə bu vəzifəni icra edən şəxs olduğu bildirilir. O, 50 ildir bu vəzifəni tutub.


Baş nazirin ölümü ilə əlaqədar Bəhreyndə bir həftəlik matəm elan edilib, dövlət bayraqları yarıyadək endirilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top