Azyaşlı qonşusunu maşınla vurub öldürdü

HADİSƏ 11 noy 2020, 13:42

Ağstafada azyaşlını avtomobil vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində rayonun Zəlimxan kənd sakini 11 yaşlı A.Alızadə evlərinin qarşısında atasına məxsus “VAZ-2106” markalı avtomobili arxaya idarə edərkən həmkəndlisi, səkkiz yaşlı Hüseyn Abadovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top