XİN Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım göstərdi — FOTO

SOSİAL 09 noy 2020, 19:35

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.


Nazirlikdən Demokrat.az-a verilən xəbərə görə, bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN rəhbərliyi və kollektivi adından başsağlığı verilib və bu ailələrə humanitar yardım göstərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top