Partiya sədri: "Şuşa 28 il 6 aylıq həbsdən azad edildi"

SOSİAL 08 noy 2020, 16:30

Şuşa təcavüzdən, işğaldan, vandallıqdan, yırtıcılıqdan və 28 il 6 aylıq həbsdən azad edildi. Ali Baş Komandanımızın qətiyyətli iradəsi, sərkərdəlik istedadı və igid Silahlı Qüvvələrimizin qəhrəmanlığı xalqımızın mədəniyyət və mənəvi məbədgahını vətənə qaytardı.

 

Ruhun şaddır Ulu Öndər, Ruhun Şaddır Azərbaycan Şəhidi! Gözün aydın Azərbaycan, Gözün aydın Ulu Xalqım,Gözün aydın Ali Baş Komandan, Möhtərəm, Cənab Prezident, Gözün aydın göz yaşları içərisində əsgər və zabitlərimizə dualar edən Mehriban Xanım, Gözün aydın Şəhid və Əsgər Anaları, Gözün aydın qürurlu əsgər atası.


Sevincim tükənməzdir, doğulub, böyüdüyüm, yuxularımın dəyişilməz və əbədi məkanı olan kəndimizi ziyarət edəcəyimə ümidim inama çevrildi.  Zəngəzur dağlarının köksündə əbədiləşən və bizləri gözləyən ŞIXLAR kəndinə gedən yol Şuşadan keçir.

 


Fəzail Ağamalı, 
Millət Vəkili 
Ana Vətən Partiyasının sədri.
08 Noyabr 2020 - ci il.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top