Deputat: "Qardaş Türkiyə hazırda dünyada ciddi söz sahibidir"

GÜNDƏM 29 okt 2020, 15:34

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyə xalqını Cümhuriyyət günü münasibətilə təbrik edib.

 

Demokrat.az deputatın təbrikini olduğu kimi təqdim edir:

 

"Qardaş Türkiyənin bu gün Cümhuriyyət bayramıdır. Çox böyük məmnuniyyətlə can qardaşlarımızın əziz bayramını təbrik edir və Türk dövlətinə daha böyük ucalıqlar diləyirəm.​ Olduqca çətin və mürəkkəb inkişaf yolu keçən qardaş Türkiyə hazırda dünyada ciddi söz sahibidir. Regionda elə bir vacib xarakter daşıyan problem yoxdur ki, o Türkiyənin iştrakı olmadan o öz həllini tapa​ bilsin.


Hər zaman Azərbaycanın yanında olan, işğal olan torpaqlarımızın azad edilməsində əsl qardaşlıq nümunəsi göstərən Türkiyə və onun Cüumhurbaşkanı, çox dəyərli dövlət xadimi, dünya çaplı lider Rəcəb Tayyib Ərdoğanın uzun illərdən bəri gərgin əməyi ilə qardaş ölkə əhəmiyyətli uğurlara imza atdı.


Sentyabrın 27-dən faşist Ermənistana qarşı apardığımız Vətən müharibəsində Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Azərbaycana böyük dəstək verməkdədir.


Əlbətdə, bu, dərin minnətdarlıqla Xalqımız tərəfindən yüksək qiymətləndirilir.


Bayramınız mübarək Əziz Türkiyəm!"

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top