Bakı küçələri dezinfeksiya edildi — FOTOLAR

SOSİAL 25 okt 2020, 18:48

Bu gün Bakıda 554 küçə dezinfeksiya olunub.


Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq, oktyabrın 24 və 25-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə,  prospekt və yollarda, həmçinin, qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfərdən çox işçilərin köməyi ilə artıq 15-i dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.


Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.


Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi işğaldan azad ediləcək Şuşa şəhərində də dezinfeksiya tədbirlərini aparmağa hazırdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top