Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi — FOTOLAR

DÜNYA 25 okt 2020, 17:57

Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamalarından sonra Qətərdə və Küveytdə fransız mallarına boykot elan edilib.


Bu barədə RT xəbər yayıb.


Qətərdə fransız pendirləri dövlət paylama şəbəkəsinin rəflərindən çıxarılıb, bunun əvəzinə artıq yerli məhsul nümayiş olunur.


Hətta fransız restoranı “Le Train Bleu” belə fransız məhsullarından imtina edib.


Bundan başqa, İordaniyada fransız istehsalçıların məhsullarını almamaq üçün çağırışlar səsləndirilib.


Xatırladaq ki, oktyabrın 24-də Fransa prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlərindən sonra Yaxın Şərqdə Fransa məhsullarına boykot çağırışları artıb.


Karikaturanın yayımlanması Türkiyə, İran, İordaniya və Küveyt kimi ölkələr tərəfindən qınanıb. Bundan başqa, müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Fransanın müsəlman ölkələri ilə münasibətlərinə zərər verə biləcək açıqlamalara təəssüflərini bildiriblər.

 

#ماكرون_يسيء_للنبي

No more of French products

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top