Ermənistanda koronavirusa yoluxanların sayı 75 mini ötdü

DÜNYA 24 okt 2020, 11:49

Ermənistanda daha 2 213 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 75 523-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 1 157-yə çatıb. İndiyədək 50 701 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 23 332 aktiv koronavirus xəstəsi var.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top