Sahibə Qafarova: "Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır”

GÜNDƏM 20 okt 2020, 12:05

“Vətən müharibəsində bizim hədəflərimiz bəllidir. Azərbaycanın müzəffər ordusu hər gün öz hədəflərinə çatır”.


Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, heç bir qüvvə Azərbaycanı dayandıra bilməz: “Bugünədək cənab Prezidentin dediyi hər bir söz öz təsdiqini tapıb. Azərbaycanın haqq işinin qələbə ilə başa çatacağına xalqımız inanır. Bunu düşmən də bilir. Onların xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top