Məşhur türkiyəli aktrisa Bergüzar Korel də işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib.
Demokrat.az xəbər verir ki, aktrisa sivil insanların ölməsinə biganə yanaşmayıb və baş verənləri erməni vəhşiliyi adlandırıb:
"Heç mərhəmət etmədən məsum, günahsız insanları, balaca uşaqları öldürmək... Bütün həyatlarını, xatirələrini, xəyallarını, gələcəyini o torpağın altına basdırmaq... Kəlmələrin bitdiyi yerdəyik. Allahım, bu günahsız insanların səslərini eşit... Qəlbim Azərbaycanın, Gəncənin, günahsız mülki şəxslərin və uşaqların yanındadır". (BAKU.WS)