Düşmənin hücum cəhdlərinin qarşısını alınıb — RƏSMİ

SİYASƏT 18 oktyabr 2020, 10:15

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.


Demokrat.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.


Qeyd olunub ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.


Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 10:23
Top