Britaniya səfiri: “Gəncədə son olanlar qəbuledilməzdir”

GÜNDƏM 18 okt 2020, 00:39

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Gəncədə baş verən son hadisələrin qəbuledilməz olduğunu qeyd edib.


Bu barədə britaniyalı səfir “Twitter” hesabında yazıb.


O, Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Mortonun Dağlıq Qarabağda dinc itkilərin qəbuledilməz olması barədə paylaşımına münasibət bildirib.


Səfir Ceyms Şarp V.Mortonun paylaşımına “Mülki əhali arasında olan itkilər, xüsusilə Gəncədə son olanlar qəbuledilməzdir” qeydini yazıb.


Mülki əhali arasında olan itkilər, xüsusilə Gəncədə son olanlar qəbuledilməzdir. 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top