Oktyabrın 16-na olan vəziyyətə görə, Azərbaycanda 126 min ton xam pambıq toplanıb və emala verilib. Bu, ötən ilin göstəricisindən 34 faiz çoxdur.
Bu barədə Demokrat.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu il ölkənin 23 rayonunda 132,5 min hektarda (-2,9 faiz) pambıq əkilib. Dörd rayonda əkin sahəsi azalıb.
Hesabat dövründə altı rayonda (Ağcabədi, Saatlı, Sabirabad, Beyləqan, Bərdə və Biləsuvar) 10 min tondan artıq məhsul yığılıb.