Gənclərin Sağlam İnkişafı ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında ədəbiyyatın təbliği və azərbaycan dilində səlis natiqlik bacarıqlarının artırılması” layihəsi uğurla başa çatdı.
Layihənin keçirilməsində əsas məqsəd gənclərdə mütaliyəyə maraq oyatmaq,müasir və klassik yazarlarla gənclərin tanışlığını təmin etmək , savadlı və dünya ədəbiyyatında xəbərdar olan gənclik yetişdirmək ,həmçinin sabaha İntelektli dil bilikləri zəngin gənclər hazırlamaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı və Ucar rayonunda gənclərin iştirakı ilə 7 ədəbi məclis həyata keçirilmişdir ki , bu məclislərdə hər bir gənc oxuduğu kitabı analiz edərək və bu əsərin ona və cəmiyyətə verdiyi tövhələr istiqamətində ictimai müzakirələr təşkil olunmuşdur.
Beləki bu üsulla 3 ay müddətində davam edən layihə çərçivəsində gənclərin natiqlik bacarıqlarının üzə çıxarılması və onlarda özünü ifadə etmə imkanlarının genişləndirilməsini nəzərə alaraq layihə “Fikir akademiyası” formasında yaxın zamanlarda davam etdiriləcəkdir.
Demokrat.Az