Həmyerlisinin avtomobilini qaçıran şəxs saxlanıldı

KRİMİNAL 08 avq 2020, 15:00

Quba rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Quba rayon sakini Sərxan Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.


RPŞ-nin əməkdaşları tərəfindən  “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib. 


Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top