Ərəb dünyasında ilk yaşandı

DÜNYA 01 avq 2020, 15:37

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb dünyasında ilk atom elektrik stansiyası – “Baraka” (Barakah nuclear power plant) işə salınıb. 


Demokrat.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.


Stansiyanın işə salınması barədə BƏƏ-nin Baş Naziri, vitse-prezidenti və Dubay əmiri Məhəmməd bin Rəşid Əl-Maktum danışıb. “Bu gün biz BƏƏ-nin ərəb dünyasında dinc məqsədlər üçün ilk atom reaktorunun işə salınmasında uğurunu elan edirik”, - o, tvitterdə yazıb.


Onun sözlərinə görə, BƏƏ hakimiyyətinin məqsədi ölkənin elektrik enerjisinə olan tələbatının dörddə birini təmin edəcək dörd AES-in işə salınmasıdır. "Ərəblər öz elmi karyeralarını davam etdirə və böyük xalqların qalan hissəsi ilə rəqabət apara bilərlər", — deyə o yazıb.


Stansiya Abu-Dabidən 250 km aralıqda, Fars körfəzinin Əl-Qərbiyə bölgəsindəki sahilində yerləşir. O, ABŞ-ın Palo-Verde (Arizona ştatı) Atom Elektrik Stansiyasının layihəsi əsasında tikilib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top